Accessibility links

Amerika Kubanın siqar sənayesi ilə rəqabət apara biləcəkmi? [Video]


Birləşmiş Ştatların Kubaya qarşı yarıməsrlik embarqosunun ləğvindən sonra ölkənin siqar sənayesi ilə Kuba siqarı arasında sərt rəqabət ola bilər. Lakin Florida ştatının Tampa şəhərindəki siqar fabrikinin sahibkarları uzun illərdir keyfiyyətli siqar istehsal etdiklərini və bunun davam edəcəyinə əmin olduqlarını deyirlər.

Bu, Tampanın Yibor məhəlləsindəki tarixi J. C. Nyuman fabrikində siqarlar köhnə dəzgahlar və əllə hazırlanır. Burada işləyən 130 nəfər hər gün 60 minə qədər siqar istehsal edir. Dəzgahlar yalnız tütünün çəkisisi ölçür. İşçilər isə tütünü bükmək üçün yarpaqları ehtiyatla kəsir.

Təxmin edyildiyi kimi, Kubanın siqar istehsalçıları Birləşmiş Ştatların yüksək səviyyəli siqar bazarının 70 faizinı ələ alsalar, bu fabrikə böyük təsir edəcək. Lakin J.C. Nyumanın rəsmiləri köhnə texnologiya və innovasiyaların yardımı ilə şirkətin işini müvəffəqiyyətlə davam etdirəcəyini deyir.

Nyuman fabrikinin sonuncu olmasına baxmayaraq, Yiborda Tabanero adlı kiçik fabrik də fəaliyyət göstərir ki, burada hər gün 500 siqar istehsal edilir. Bu fabrikin Birləşmiş Ştatlardan kənarda müştəriləri var və onlara embarqo mane olmayacaq.

Fabrikin işçisi Cim Kollins deyir ki, Tabaneronun dadı və qiyməti xarici müştərilərin xoşuna gəlir. “Kuba siqarı 25 dollara? Biz burada Tabanero siqarını 8-10 dollara ala bilərəm.”

Siqar sənayesi üzrə ekspert deyir ki, Kuba siqarı əla keyfiyyətlidir, lakin bu siqarın yaxın zamanda Birləşmiş Ştatlar bazarının böyük hissəsini ələ keçirəcəyi reallığa uyğun deyil. “Siqar həvəskarları” jurnalından David Savona: “Kubanın siqar sənayesi əlbəttə ki, Birləşmiş Ştatlar bazarının kiçik bir hissəsini tutmaq istəyər. Onlar ən böyük siqar bazarı olan Amerikadan 50 ildən artıq uzaq düşüb.”

Tampanın tarixi Yibor məhəlləsi vaxtilə dünyanın siqar paytaxtı sayılırdı. Siqar sənayesinə 1800-cü illərdə, Vinsent Martinez-Yibor adlı şəxs, burada torpaq və işçi qüvvəsi taparaq, başlayıb. Vaxtilə burada yüzlərlə fabrik fəaliyyət göstərib və sonradan çoxları işini dayandırıb. Hazırda yalnız Yiborun binası qalır.

XS
SM
MD
LG