Accessibility links

Kubanın sabiq lideri Fidel Kastro bildirib ki, əməkdaşlıq dünyada sülhün qorunmasına xidmət edəcək

Kubanın sabiq lideri Fidel Kastro ölkəsinin böyük məmnuniyyətlə ABŞ-la bərabər Qərbi Afrikada Ebola virusu ilə mübarizə səylərində iştirak etmək istədiyini bəyan edib.

88 yaşlı Kastro bildirib ki, əməkdaşlıq dünyada sülhün qorunmasına xidmət edəcək. O, bu səylərin ABŞ-la Kuba arasındakı problemlərin həlli məqsədi güdmədiyini deyib.

ABŞ dövlət katibi Con Kerri Kubanın Ebola böhranına cavabını alqışlayıb. Belə ki, Kuba artıq 165 səhiyyə işçisini Afrikaya göndərib və əlavə 300 nəfərlik tibb mütəxəssisinin göndərilməsini planlaşdırır.

Kuba həkimlərini fövqəladə hallar baş verən bölgələrə göndərməsi ilə tanınır.

Kubanın tropik xəstəliklər xəstəxanasının baş həkimi Corc Perez deyib ki, Ebola ilə birgə mübarizə səyləri iki ölkə arasında diplomatik münasibətlərin normallaşmasına yol aça bilər.

Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusundan ölənlərin sayının 4555 nəfər olduğunu bəyan edib. Xəstəliyə yoluxanların ümumi sayı isə 9200 nəfər təşkil edir.

9 nəfərdən başqa ölənlər Qvineya, Liberiya və Syerra Leone sakinləridir.

XS
SM
MD
LG