Accessibility links

Fidel Kastronun son beş ayda ilk foto-şəkilləri yayılıb


Kubada avqustdan bəri sabiq prezident Fidel Kastronun ilk foto şəkilləri açıqlanıb. Sabiq prezidentin səhhətinin zəif olması ilə bağlı yeni şaiələr gəzir.

Kommunist partiyasının Granma qəzetində yer alan şəkillərdə 88 yaşlı Kastronun evində tələbələrin lideri ilə söhbəti əks etdirilib. Qəzet bu şəkillərin ötən ay çəkildiyini yazır. Ötən ay cənab Kastro ilə görüşən brazilyalı ilahiyyatçı onun arıqladığını, lakin sağlam və gümrah göründüyünü deyib.

Fidel Kastro 2006-cı ildə səhhəti ilə əlaqədar vəzifəsindən istefaya gedərək, yerini qardaşı Raula verib. Sabiq lider illər uzunu nadir hallarda ictimaiyyət arasında görünüb. Sonuncu dəfə o, ictimayyət qarşısına bir il bundan əvvəl çıxıb.

Fidel Kastro uzun müddət davam edən sükutunu pozaraq, keçən ilin dekabr ayında qardaşı ilə ABŞ prezidenti Barak Obamanın Havana və Vaşınqton arasında 50 ildən çox davam edən soyuq müharibə dövrünün düşmənçiliyinə son qoyub diplomatik əlaqələrin bərpa edilməsi haqda tarixi bəyanatla bağlı fikrini bildirib.

Fidel Kastro iki ölkə arasında diplomatik münasibətlərdə bu yaxınlarda yaranmış dönüşə qarşı olmadığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG