Accessibility links

Kubada HİV virusunun olduqca aqressiv forması aşkar edilib.

Professor Anna Mika Vandamın dediyinə görə, Kubanın səhiyyə rəsmiləri ilk dəfə QİÇS-lə bağlı belə bir vəziyyətlə üzləşir. Rəsmilər xəstəliklə mübrizə üçün maliyyə yardımı tələb edir.

Professor hazırda ölkə kliniklarına əvvəllə müqayisədə daha artıq xəstənin müraciət etdiyini bildirir. Belə ki, xəstəlik daha sürətlə inkişaf edir.

Belçikanın Lurven universitetinin professoru Vandam müxtəlif qruplara bölünmüş 70 xəstə üəzərində araşdırma aparır. Qruplardan biri xəstəliyin sürətlə inkişaf etdiyi insanları cəmləşdirib.

Onların yaxın zamanda virusa yoluxmasına baxmayaraq, xəstəlik daha proqressiv formada irəliləyir. Daha əvvəl bunun üçün daha artıq vaxt lazım idi.

Professorun dediyinə görə, HİV virusuna yoluxanlarda QİÇS 5-10 ildən sonra müşahidə edilirdi. Professor CD-4 ummun hüceyrələri və virus daşıyıcılarının imkanlarının azlığının problemə yol açdığını bildirir.

O, HİV-nin QİÇS-ə tez keçidini immun sisteminin zəifliyi ilə izah edir. Lakin professor Kubada vəziyyətin fərqli oduğunu bildirir. Vandam qrupların birində prosesin sürətlə getdiyinin müşahidə edilməsinə baxmayaraq, digər iki qrupda buna rast gəlinmədiyini deyir.

HİV-nin yeni forması A,D və G tiplərinin kombinasiyasıdır. Digər tərəfdən bu insanların qanında daha artıq virus aşkarlanıb.

HİV-nin aqressiv forması RANTES molekullarının yüksək səviyyəsinə yol açır. Molekulların çoxluğu infeksiyaya işarədir.

Vandamın dediyinə görə, HİV-nin D tipi əsas amil ola bilər. Belə ki, bunun daşıdığı enzimlər HİV virusunun reproduksiyasını gücləndirir.

Sevindirici xəbər isə HİV-nin aqressiv formasının dərmanlara tez şəkildə müsbət cavabıdır.

Professor Vandam çoxsaylı partnyorları olan insanların erkən mərhələdə HİV təhlillərindən keçməsinin vacibliyini vurğulayır.

XS
SM
MD
LG