Accessibility links

Kubanın Kommunist Partiyası ölkədə 9 günlük matəm elan edib. Dekabrın 4-dək Kuba boyu anım mərasimləri keçiriləcək.

Mərkəzi Komitə Kastronun cənazəsinin yandırılacağını bəyan edib.

Televiziya ilə yalnız informativ, vətənpərvərlik və tarixi proqramlar nümayiş etdiriləcək.

İnsanlar artıq azadlıq və demokratiya yolunda irəliləyə biləcək

​İctimai vidalaşma çərşənbə axşamı gününə təyin edilib. Daha sonra Kastronun külü 3 gün ölkəni səyahətə çıxarılacaq.

60 illik tarix yazan Kuba lideri Fidel Kastronun vəfatından sonra onun miras qoyduğu insan haqlarının bərbad durumu nəzərdən keçirilə bilər.

Mayaminin Kiçik Havana məhəllsində kubalı amerikalılar bir şəxsin dünyadan köçməsi bir çoxlarında ümid yaratdığını deyir.

"Kubanın 60 ildən çox məruz qaldığı repressiyalara son qoyuldu. İnsanlar artıq azadlıq və demokratiya yolunda irəliləyə biləcək" -deyə Xose Sançes Amerikanın Səsinə bildirib.

Kiçik Havana

Kiçik Havana

Fidel Kastro 90 yaşında noyabrın 25-i, yerli vaxtla saat 22:29-da vəfat edib.

Bu haqda onun qardaşı Raul Kastro məlumat verib.

Xəbəri Kubanın dövlət televiziyası yayıb.

Fidel Kastro

Fidel Kastro

Fidel Kastro 1976-cı ildən 2008-ci ilə qədər Kuba dövlətinin rəhbəri olub.

Səhhəti ilə bağlı 2008-ci ildə bütün səlahiyyətlərini qardaşı Raul Kastroya verib.

Show comments

XS
SM
MD
LG