Accessibility links

Kuba liderinin anım mərasimləri başlayıb


Dekabrın 4-dək Kuba boyu anım mərasimləri keçiriləcək.

Kubanın Kommunist Partiyası ölkədə 9 günlük matəm elan edib.

Mərkəzi Komitə Fidel Kastronun cənazəsinin yandırılacağını bəyan edib.

Televiziya ilə yalnız informativ, vətənpərvərlik və tarixi proqramlar nümayiş etdirilir.

Ölkə boyu bayraqlar yarıya endirilib.

​İctimai vidalaşma çərşənbə axşamı gününə təyin edilib. Daha sonra Kastronun külü 3 gün ölkədə prosessiyaya çıxarılacaq.

90 yaşlı Kastronun ölümünün səbəbi barədə məlumat verilmir.

Fidel Kastro 1976-cı ildən 2008-ci ilə qədər Kuba dövlətinin rəhbəri olub.

Səhhəti ilə bağlı 2008-ci ildə bütün səlahiyyətlərini qardaşı Raul Kastroya verib.

Fidel Kastro dekabrın 4-də Sandoyeqo de Kubanın Santa İfiqeniya məzarlığında toprağa tapşırılacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG