Accessibility links

Kuba prezidenti geniş islahat planı ilə çıxış edir

  • Amerikanın səsi

Kuba prezidenti geniş islahat planı ilə çıxış edir

Kuba prezidenti geniş islahat planı ilə çıxış edir

Kuba prezidenti Raul Kastro Milli Assambleyanın ildə iki dəfə keçirilən sessiyalarından birində geniş islahatlar planı ilə çıxış edib.

Cənab Kastro mümkün miqrasiya islahatlarından danışıb. Rəsmilər insanların adanı tərk etmək üçün almalı olduqları “ağ kart”ın ləğv edilməsini nəzərdən keçirirlər. Səyahətə məhdudiyyətlər Fidel Kastro hakimiyyətinin ilk günlərindən tətbiq edilib.

Raul Kastro həmçinin kubalıların sərbəst ev və maşın alqı-satqısı ilə məşğul olmalarına icazə verəcək iqtisadi islahatları müzakirə edib.

Qanunvericilər habelə yüz minlərlə hökumət işçisinin ixtisara salınması və ərzaq talonlarının yığışdırılmasını müzakirə ediblər.

XS
SM
MD
LG