Accessibility links

ABŞ-ın ilk sərnişin təyyarəsi Kubaya çatıb


50 ildən artıq bir müddətdən sonra ABŞ-ın ilk sərnişin təyyarəsi Kubanın mərkəzi Santa Klara şəhərinə enib.

JetBlue 386 reysli və 150 sərnişinli təyyarə Florida ştatının Fort Lauderdeyl şəhərindən Kubaya istiqamət alıb.

Sərnişinlər arasında ABŞ-ın nəqliyyat naziri Antoni Foks, jurnalistlər və əslən kubalı sərnişinlər olub.

ABŞ vətəndaşlarına Kubaya turistik səyahətlər hələ də yasaqdır. Lakin ailələr, bizneslər, mədəni və dini əlaqələr üçün istisnalara yer verilib.

ABŞ-Kuba arasında son uçuş 1961-ci ildə olub. 2014-cü ilin dekabr ayında ölkələr arasında münasibətlər normallaşdıqdan sonra tərəflər uçuşların bərpası barədə razılıq əldə edib.

American Airlines, Frontier Airlines, Silver Airways, Southwest Airlines və Sun Country Airlines hava yolları şirkətləri də Kubaya uçuşlar həyata keçirməyi planlaşdırır. Uçuşlar Çikaqo, Filadelfiya, Minneapolis və Mayamidən həyata keçiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG