Accessibility links

Üç Latın Amerika ölkəsi ABŞ-ın Kəşfiyyat Agentliyinin sabiq kontraktorunun siyasi sığınacaq müraciətini təsdiqləyib

Kuba presidenti Raul Kastro sabiq ABŞ kəşfiyyat kontraktoru Edvard Snoudenə siyasi sığınacaq təklif edən üç ölkəni dəstəklədiyini bildirib.

Dünən Kubanın paytaxtı Havanada çıxış edən cənab Kastro Snoudenə sığınacaq vermək istəyən Latın Amerika ölkələri ilə həmrəylik göstərdiyini deyib.

Cənab Kastro öz ideallarına görə ittiham olunan insanlara siyasi sığınacaq verən regiondakı bütün ölkələrin hüquqlarına dəstəkyini izhar edib.

O, həmçinin Snoudenə siyasi sığınacaq təklif edən Ekvador və digər ölkələrə qarşı iqtisadi ölçülər kimi təhdidləri pisləyib.

Venesuela, Nikaraqua və Boliviyanın liderləri Edvard Snoudenin siyasi sığınacaqla təmin olmasına razılıq veriblər.
XS
SM
MD
LG