Accessibility links

Son 50 ildə ilk dəfə olaraq ABŞ və Kuba arasında sərnişin təyyarələrinin uçuşları bərpa edilir.

Amerika ilə Kuba arasında mülki aviasiya razılığına əsasən gündə 110 üçuş baş tutmalıdır.

ABŞ dövlət katibinin nəqliyyat məsələləri üzrə yardımçı müavini Tomas İqlın bildirdiyinə görə, Amerikanın hava yolları şirkətləri ABŞ-ın hər bir şəhərindən Kubaya uçaşlar üçün müraciət edə bilər.

Hər iki ölkənin nümayəndələri çərşənbə axşamı günü Havanada imzalama mərasimində iştirak edəcək.

Bu addım Kuba ilə ABŞ arasında səyahət və ticarətin normallaşdırılması istiqəmətində atılır.

Fevral ayının 16-dan etibarən gündə 15 yük və sərnişin təyyarələrinin uçuşlarına start veriləcək.

Çarter reysləri dəyişməz qalacaq.

Hazırkı qanunlar turizmi yasaqlasa da, Amerika hökuməti yaxın zamanda insanlar arasında təmasların yaradılacağını bildirib.

XS
SM
MD
LG