Accessibility links

Konqresdə Kubaya qarşı iqtisadi embarqonun ləğvini dəstəkləyənlərin sayı artır


ABŞ qanunvericiləri deyib ki, Konqresdə ABŞ-ın Kubaya qarşı tətbiq etdiyi 50 illik iqtisadi embarqonun qaldırılmasını dəstəkləyənlərin sayı artır.

Demokrat senator Tom Udall Havanada şərh verib. Udall deyib ki, demokrat və respublikaçılar səyahət qadağası, kənd təsərrüfatı və texnologiya sahələrində məhdud iqtisadi fəaliyyətin təşviqi də daxil olmaqla, Kubaya aid bir neçə qanunvericiliyə dəstək nümayiş etdirib.

Lakin Udall deyib ki, rejim dəyişikliyi Obama administrasiyasının Kubaya dair yeni siyasətinin tərkibinə daxil deyil.

Havanaya Udallın başçılığı ilə səfər edən dörd demokrat qanunvericidən ibarət nümayəndə heyəti Kuba rəsmiləri və sadə insanlarla görüşüb.

Minnesotadan seçilmiş senator Al Franken deyib ki, Konqresdə embarqonun qaldırılmasının əleyhinə çıxış edən çox az sayda konqresmen var.

Prezident Barak Obama Respublikaçıların əksəriyyət təşkil etdiyi Konqresi embarqonun ləğvinə çağırıb. Bu embarqo Kuba lideri Fidel Kastro sabiq Sovet İttifaqı ilə birləşərək 1959-cu ildə uzun zaman diktator olmuş Fulqensio Batistanı devirdikdən sonra qüvvəyə minib.

XS
SM
MD
LG