Accessibility links

ABŞ bayrağı Kubadakı səfirlik qarşısında ucalacaq


ABŞ-Kuba əlaqələrinin tarixi normallaşma prosesinin növbəti mərhələsi Havanada keçirilir. Sabah ABŞ Hərbi Dəniz Donanması ABŞ bayrağını Havanada ABŞ səfirliyinin qarşısına sancacaq.

Tədbir diplomatik təsisatın on illərlə davam düşmənçilikdən sonra fəaliyyətinin bərpasına həsr edilir.

ABŞ və Kuba səfirlikləri iyulun 20-dən bəri açıqdır. Kuba ötən ay ABŞ-da öz səfirliyini açıb. ABŞ isə rəsmi açılış mərasimini dövlət katibi Con Kerrinin rəhbərliyi ilə nümayəndə heyətinin Havanaya səfəri zamanı təşkil edəcək.

ABŞ dissidentlərlə bağlı təhqidlərindən yayınmaq və onların rəsmi mərasimə dəvət edilməməsinə görə tənqid edilir.

ABŞ-ın Havanadakı planlarına dair ölkə daxilində bəzi narazılıqlar mövcuddur.

ABŞ rəsmisi həmin günün sonunda səfir Ceffri Delaurentisin iqamətgahında siyasətçilər və insan haqları fəallarının iştirakı ilə ikinci, daha böyük mərasimin keçiriləcəyini bildirib.

Səfirliklərin açılışı daha çox amerikalının Kubaya səfər etməsi və kubalılara ABŞ-ın Havanadakı səfirliyinə daxil olma imkanı yaradacaq.

Lakin on illərdir Kubaya qarşı embarqo qaldırılmayınca kubalıların gündəlik həyatlarında böyük dəyişiklik olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG