Accessibility links

Kubada 14-cü Habanos siqar festivalı başa çatıb


Kubada 14-cü Habanos siqar festivalı 1 milyonluq siqar satışı hərracı ilə başa çatıb. 475 min dollar Cohiba siqarları üçün ödənib. Əldə edilən gəlir Kubanın səhiyyə sisteminə veriləcək.

Kubanın paytaxtı Havanada bir həftəyə yaxın davam edən festivala dünyanın hər yerindən yüzlərlə siqar həvəskarı toplaşıb.

Dünya iqtisadiyyatının böhran yaşadığı bir dönəmdə Kubanın siqar şirkəti Habanos ötən il satışlarından 9 faiz əlavə gəlir əldə etdiyini bildirir.

XS
SM
MD
LG