Accessibility links

Kubada ABŞ səfirliyinin açılmasına fərqli reaksiyalar [Video]


Kubada ABŞ səfirliyinin açılmasına fərqli reaksiyalar
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Kubada ABŞ səfirliyinin açılmasına fərqli reaksiyalar

Bəzi amerikalılar repressiv rejimlə əlaqələrin bərpasına skeptik yanaşır, digərləri buna fürsət kimi baxır

54 illik fasilədən sonra Kubada ABŞ səfirliyinin açılması hər iki ölkədə həm ümid hissləri, həm də şübhələr yaradıb. Mayaminin kubalı-amerikalı icması bu məsələ ilə bağlı müxtəlif fikirlərə sahibdir. Cümə günü ABŞ bayrağı Havanadakı səfirlikdə qaldırıldığı zaman coşğunluq artmışdı. Bir tərəf əlaqələrin bərpa olunmasını hər iki ölkənin insanları üçün yeni imkan kimi dəyərləndirir. Digər tərəf isə Vaşinqtonun zalım rejimə güzəştə getməsinə qəzəblənir.

Barak Obama və sabiq dövlət katibi Hillari Klintonun fikrincə amerikalı turistlər Kubanı ziyarət etmədikləri üçün Kuba xalqı əziyyət çəkir
Marko Rubio

Hər iki tərəfdən nümayişçilər bir-birlərinə təhqirlər yağdırıb və polis vəziyyətin nəzarətdən çıxdığı vaxt müdaxilə edib. ABŞ-ın cənubi Florida ştatında 1 milyondan çox kubalı-amerikalı var və onların əksəriyyəti Mayami bölgəsində yaşayır. ABŞ-ın Kuba ilə yaxınlaşmasını dəstəkləyənlərin əsasən Birləşmiş Ştatlarda doğulanların olduğu təxmin edilir.

“Mənim ailəm 50 ildən çoxdur Kubada olmayıb. İndi isə yeni gün və yeni imkanlar yaranıb,” deyə bir kubalı-amerikalı bildirib.

“Lakin biz unutmamalıyıq ki, orada insanlar ölüb. Mən bunu heç vaxt unutmayacağam,” deyə digər bir kubalı-amerikalı bildirib.

Havanada ABŞ səfirliyinin açılma mərasimi
Havanada ABŞ səfirliyinin açılma mərasimi

ABŞ bayrağı Havanada cümə günü, Kuban lideri Fidel Kastronun 89-cu ad gününü qeyd etməsindən bir gün sonra qaldırılıb. Kubalı-amerikalıların çoxu istehza ilə bu hadisəni ABŞ-ın uzun müddətli düşməninə hədiyyə adlandırıblar. ABŞ-ın Floridadan olan senatoru Marko Rubio sadə kubalıların bundan faydalanmayacağını deyir.

“Barak Obama və sabiq dövlət katibi Hillari Klintonun fikrincə amerikalı turistlər Kubanı ziyarət etmədikləri üçün Kuba xalqı əziyyət çəkir,” deyə Marko Rubio bildirib.

Kubanın xarici işlər naziri ABŞ-ın Havanadakı səfirliyinin açılmasından sonra etdiyi çıxışında bu ittihamları rədd edib.

“Kuba irqi ayrıseçkilik və polis zorakılığının mövcud olduğu ölkə deyil. Kubada bu cür əməllər nəticəsində ölənlər olmayıb,” deyə Bruno Rodriqez bildirib.

Həm amerikalı həm də kubalı diplomatlar azad şəkildə fikirlərini bildirə və digər ölkələrin vətəndaşları ilə görüşə biləcəklər
Con Kerri

Obama administrasiyası deyib ki, insan haqları və digər mübahisəli məsələlər Kuba və ABŞ rəsmiləri normal əlaqələri bərpa etdikdən sonra müzakirə olunacaq.

“Həm amerikalı həm də kubalı diplomatlar azad şəkildə fikirlərini bildirə və digər ölkələrin vətəndaşları ilə görüşə biləcəklər,” deyə Con Kerri bildirib.

Kerri bildirib ki, Birləşmiş Ştatlar və Kuba arasında diplomatik əlaqələrin bərpası hər iki ölkənin insanlarının arzularını əks etdirir və bu hökümətlərə güzəşt kimi qiymətləndirilə bilməz.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG