Accessibility links

ABŞ-ın Florida yarımadası sahillərində bir səyahət gəmisi 18 kubalı miqrantın həyatını xilas edib. ABŞ Sərhəd Mühadizə Xidməti bildirir ki, xilas olunanlar onlarla təhlükəli səfərdə olan digər 9 nəfərin həlak olduğunu deyib.

Miqrantları Marko adası yaxınlığında xilas edən Royal Karib şirkətinə məxsus Dənizlərin Möhtəşəmliyi gəmisi Meksikanın Kozumel adasından okeana çıxmışdı. 22 gündür dənizdə olduqlarını bildirən miqrantlar ciddi günvurma ilə üzləşiblər.

Miqrantlar 9 nəfərin öldüyünü bildirsə də, Sərhəd Mühafizə Xidməti bu məlumatı hələlik təsdiq edə bilmədiyini bildirib.

Yerli media bildirir ki, 2014-cü ilin dekabr ayında ABŞ-la Kuba arasında əlaqələr yaxşılaşmağa başlayandan bəri daha çox lubalı Birləşmiş Ştatlara keçməyə cəhd göstərib.

XS
SM
MD
LG