Accessibility links

Kubadan ABŞ-a qaçmağa çalışan 33 nəfər saxlanıb


Dünən ABŞ Sahil Keşikçiləri Atlantik okeanın Florida sahillərindən 11 kilometrlik məsafədə 33 kubalını xilas edib.

Bu, cari həftə ərzində ikinci hadisədir. Son vaxtlar adanı qayıqla tərk edən miqrantların sayı artıb. 2014-cü maliyyə ilində ABŞ-ın xilas etdiyi insanların sayı son 6 ildə yüksək səviyyə çatıb. Göstərici 2013-cü illə müqayisədə 50 faiz artıqdır. Oktyabrın 1-dən Florida sularından 150 kubalı xilas olunub.

Həddindən artıq insan daşıyan qayıq sahilə çatmadığı və adamlar sahilə çıxmadığı üçün onlar “wet-foot, dry-foot” (quru-ayaq, yaş ayaq) qanununa uyğun olaraq Kubaya geri göndəriləcəklər. Bu qanun kubalılara ABŞ torpağına ayaq basdıqları təqdirdə ölkədə qalmaq icazəsi verir.

Bazar ertəsi oxşar hadisə zamanı 11 kubalı Mayami sularından xilas olunub, lakin 2 nəfər itkin düşüb.

Bu il Kubadan qaçaraq su ilə təhlükəli səfər edən 2000-dən çox kubalı tutulub.

Kommuist rejimi tərəfindən idarə olunan Kuba illərdir Amerikanın embarqosu altındadır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG