Accessibility links

Kubanın sabiq lideri Fidel Kastro ABŞ-ı tənqid edib


Kubanın sabiq lideri Fidel Kastro ABŞ-ı tənqid edib

Kubanın sabiq lideri Fidel Kastro ABŞ-ı tənqid edib

Kubanın sabiq prezidenti Fidel Kastro Üsama bin Ladenə qarşı keçirilən əməliyyat zamanı ailəsi qarşısında öldürüldüyünü deyərək, Birləşmiş Ştatları tənqid etmişdir. Cənab Kastronun dövlət mediasında dərc edilən açıqlamasında o deyib ki, Birləşmiş Ştatlar bin Ladenin sığınacağına etdiyi reydlə Pakistan dövlətinin suverenliyini pozmuş və bu ölkəni təhqir etmişdir. Kubanın sabiq lideri ABŞ-la siyasi fikir ayrılıqlarına baxmayaraq, 2001-ci il sentyabrın 11-i terror hücumları məsələsində bu ölkə ilə həmrəy olduğunu və terrorizmə nifrət etdiyini bildirmişdir.

XS
SM
MD
LG