Accessibility links

Bakıda Cırtdanın adını daşıyan II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək


Bakıda Cırtdanın adını daşıyan II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək

Bakıda Cırtdanın adını daşıyan II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək

Bakıda noyabrın 9-dan 16-dək Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və (UNİMA ) Beynəlxalq Kukla Teatrları Assosiasiyası ilə birgə II Beynəlxalq Kukla Teatrları Festivalı keçiriləcək.

Nazirliyin məlumatına görə xalq nağılı qəhrəmanı Cırtdanın adını daşıyan festivalın açılış mərasimi noyabrın 9-da Azərbaycan Dövlət Kukla Teatrında olacaq.

Festival çərçivəsində 11 ölkədən kukla teatrları - Azərbaycandan A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı, Böyük Britaniyadan Dorset Kukla Teatrı Kompaniyası, Yaponiyadan "Yuki" Teatrı, İtaliyadan Teatro Verde Burattini, "Kapra Ballerina", Bolqarıstandan Tarqovişte Kukla Teatrı, Xorvatiyadan "Zorin dom" Karlovaç Şəhər Teatrı, İsveçrədən "Le Ginyöl A Roulettes" Kukla Teatrı, Macarıstandan İvet Bojik Kompaniyası, Tatarıstandan "Ekiyat" Tatar Dövlət Teatrı çıxış edəcək.

Festival zamanı UNİMA-nın icra komitəsinin toplantısı keçiriləcək.

Toplantıda nüfuzlu beynəlxalq teatr təşkilatlarının rəhbərləri - UNİMA-nın prezidenti Dadi Dorab Pudumyee (Hindistan), UNİMA-nın baş katibi Jak Trüdeu (Paris), Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının Baş Katibi Mişel VAİS (Kanada), BTİ-nin Yaxın Şərq Ölkələri üzrə koordinatoru İbrahim ASSİRİ (Səudiyyə Ərəbistanı),
UNİMA-nın icra komitəsinin üzvləri Tamiko Naito (Yaponiya), Manuela Moran Martinez (ABŞ), Migel Angel Lorefais (Argentina), Karen Anne Smit (Avstraliya), Zang Fan (Çin), Nina Monova (Rusiya), Rafaele Fleuri (Fransa), Anqel Kasado Qarretas (İspaniya), Knut Alfsen (Norveç), İda Xledikova (Sloveniya), Pyer-Alen Roll (İsveçrə), Roni Alfons Antoin Aelbrext (Belçika), Qreta Mariya Brugeman (Belçika) və başqaları iştirak edəcəklər.

Festival "Azərbaycan Teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq keçirilir.
XS
SM
MD
LG