Accessibility links

Kül dumanı Avropada minlərlə uçuşun ləğvinə səbəb ola bilər


Hollandiyada aeroportlar bağlı olsa da, Londonun iki əsas hava limanı bu gün fəaliyyətini bərpa edib

İslandiyada vulkan püskürməsi Avropanın bəzi hissələrində yenidən səyahət xaosu yaradıb. Aviasiya rəsmiləri bildirir ki, Böyük Britaniyanın iki əsas beynəlxalq hava limanı – Londonun Qatvik və Hitrou aeroportları bəzi uçuşlar üçün yenidən açılıb. Böyük Britaniyanın Milli Hava Nəqliyyatı Xidmətinin məlumatına görə, London və şəhərdən kənarda vulkan külü səbəbilə uçuşlar məhdudlaşdırıla bilər. Ancaq Hollandiya hava limanları hələ də bağlı olaraq qalır. Holland dövlət telekanalı bildirib ki, Amsterdamın Şiphol və Rotterdam aeroportları bu gün ən azı 8 saat bağlı qalacaq. Avropada uçuşları nəzarət agentliyi Avrokontrol bildirib ki, kül dumanı bu gün qitə boyu minlərlə uçuşun ləğvinə səbəb ola bilər.

XS
SM
MD
LG