Accessibility links

Elm

Alimlər külək turbinlərinin effektivliyini artırmağa çalışır [Video]


Külək enerjisi həm ucuz, həm də davamlıdır. Dünyada quraşdırılan külək turbinlərinin sayı getdikcə artır.

ABŞ-ın Enerji departamentinə əsasən, külək turbinləri ölkədə elektrik enerjisinə olan tələbatın 5 faizini təmin edir.

Külək turbinləri təxminən 50 faiz effektivdir. Çünki onların işləməsi nəticəsində yaranan hava boşluğu, külək turbinlərinin bir-biri ilə əlaqəli şəkildə işləməsi effektivliyin aşağı düşməsinə səbəb olur.

Üç külək turbinini tunelə yerləşdirən Vanderbilt Universitetinin alimləri hava boşluqlarının yaratdığı mənfi təsirləri azaltmağa çalışıb.

Komandanın rəhbəri, mühəndislik elmləri professoru Doq Adams deyir ki, turbinlərin pərlərinə sensorlar yerləşdirilib.

Doq Adams: "Biz həmin sensorlardan istifadə edərək, pərlərin hərəkətini izləyirik və “dinamik cavab” dediyimiz hərəkətə nəzarət edirik. Beləliklə, hər dəfə pərlər hərəkət edəndə biz onlara nəzarət edirik və bu bizə bir turbinlə o biri arasındakı əlaqəni göstərir."

Adams deyir ki, sensorlar məlumatı kompyuterə ötürür və bu rotorların pərlərin daim nizamlamlayır. Bu yolla mənfi təsirin səbəb olduğu enerji itkisinin qarşısı alınmış olur. Bu, sadəcə effektliyi artırmır, eyni zamanda, turbinlərin mexaniki hissələrinin sıradan çıxmasının qarşısını alır. “Hər kilovatt saata 2-3 sent qənaət etmək, turbin istifadəçiləri üçün böyük az deyil”- deyə o bildirir.

Doq Adams: "Bu, külək enerjisindən istifadənin davamlılığı baxımından böyük dəyişiklik deməkdir. Bu yolla külək enerjisi mədən yanacağına əsaslanan enerji ilə rəqabət apara bilir və heç bir subsidiya olmadan da maliyyə baxımından rəqabətə davamlı olur."

Adams deyir ki, qarşılıqlı tənzimlənən turbinlər külək fermalarında az sayda turbinlə daha çox enerji istehsal edilməsinə və turbinlərin davamlılığının daha 10 il uzadılmasına yol aça bilər.

XS
SM
MD
LG