Accessibility links

Əfqanıstanda yaraqlılar özəl təhlükəsizlik şirkətlərinə hücum edib

  • Amerikanın səsi

Əfqanıstanda yaraqlılar özəl təhlükəsizlik şirkətlərinə hücum edib

Əfqanıstanda yaraqlılar özəl təhlükəsizlik şirkətlərinə hücum edib

Əfqanıstan rəsmiləri ölkənin şimalında intiharçı hücumunun azı dörd nəfəri öldürdüyünü və 10 nəfəri yaraladığını deyib. Rəsmilər Kunduz şəhərində sübh çağı intiharçının avtomobildə yerləşdirilmiş bombanı iki fərqli özəl təhlükəsizlik şirkətləri yerləşən bina yaxınlığında işə saldığını deyib. Polisin bildirdiyinə görə bundan sonra iki yaraqlı binaya daxil olaraq polislə iki saata yaxın döyüşüb. Döyüş binada olan iki yaraqlının üzərlərindəki partlayıcı qurğunu işə salmaları ilə başa çatıb. Hadisədə dörd əfqan təhlükəsizlik işçisi həlak olub. Yaralananlar arasında bir əfqan polisi də olub.

XS
SM
MD
LG