Accessibility links

Hökumət “Kür zərərçəkmişləri”nə yenə vəsait ayırıb


Kür çayının daşması

Kür çayının daşması

Zərəçəkmiş ailələrin 1400-dən çox evinin bərpa-gücləndirilməsinə və 700-dən çox evin tikintisinə əlavə vəsait ayırılıb.

Azərbaycan hökuməti 2010-cu ildə Kür çayının daşmasından ziyan çəkən insanların evlərinin bərpası və tikintisi üçün əlavə vəsait ayırıb.
Baş nazirin müavini Abid Şərifov bildirib ki, Kür çayında baş vermiş daşqınlardan zərər çəkmiş ailələr üçün 1400-dən çox evin bərpa-gücləndirilməsinə indiyədək vəsait ayrılmayıbmış. “Bu çoxsaylı vətəndaşlarımızın narazılığına səbəb olurdu. Məsələ artıq həll edildi. Bir ay ərzində vətəndaşların razılığı ilə vəsait Fövqəladə Hallar Nazirliyi tərəfindən vətəndaşın özünə ödəniləcək”.
Cənab Şərifov 700-dən çox evin tikintisinə də vəsait ayrıldığını deyib: “Düşünürəm ki, bu işlər qısa müddətdə həyata keçiriləcək. Çalışırıq ki, bu evlər maksimum tez istifadəyə verilsin, zərər çəkmiş vətəndaşlardan heç kim evsiz qalmasın”, - deyə o qeyd edib.
2010-cu ilin may-iyun aylarında Kür çayında baş verən daşqınlar nəticəsində 20 min ev yararsız vəziyyət düşüb. Hökumət daşqınların nəticələrinin aradan qaldırılmasına indiyədək 450 milyon dollaradək vəsait xərcləyib.
XS
SM
MD
LG