Accessibility links

Kür daşqınlarından ziyan çəkənlərin şikayəti təmin edilməyib


Kür daşqınlarından ziyan çəkənlər (Foto Oqtay Gülalıyevin facebook səhifəsindən götürülüb)
Kür daşqınlarından ziyan çəkənlər (Foto Oqtay Gülalıyevin facebook səhifəsindən götürülüb)

Azərbaycan Ali Məhkəməsi 4 il öncə Kür çayı daşqınlarından ziyan çəkən və problemi həll edilməyən 14 vətəndaşın Fövqəladə Hallar Nazirliyinə (FHN) qarşı şikayətinə baxıb.

Şikayətçilər 2010-cu ildə daşqınlarla bağlı evlərinin qəzalı hala düşməsinə dair foto-video çəkilişləri, hadisə yerinə baxış aktını Şirvan İnzibati-İqtisad, daha sonra Apellyasiya Məhkəməsinə təqdim etsələr də bu məhkəmələr iddianı təmin etməyib. Ali Məhkəməyə şikayətlərində şikayətçilər Şirvan İnzibati-İqtisadi və Apellyasiya Məhkəmələrinin qərarlarının ləğv olunması, iddialarının təmin edilməsi barədə qərar çıxarılmasını xahiş ediblər.

Ali Məhlkəmə şikayətçilərin kassasiya şikayətinin təmin olunmaması barədə qərar çıxarıb. Qərarla razı olmayanşikayətçilərlə hakimlər arasında mühakimə və mübahisə yaranıb. Evlərinin qəzalı olmasına dair məhkəməyə fotolar və disklər təqdim edən şikayətçilər hakimi obyektiv qərar çıxarmamaqda ittiham ediblər. Hakim isə şikayətçilərə Kür daşqınları ilə bağlı dövlətin öz üzərinə hər hansı öhdəlik götürmədiyini xatırladıb. Şikayətçilər Ali Məhkəmənin qərarından Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət verəcəklərini bildiriblər.

Kür daşqınları ilə bağlı bu günə qədər artıq xeyli sayda şikayətçi Azərbaycanda bütün məhkəmə instansiyalarını keçərək AİHM-ə şikayət edib.

2010- cu ildə baş vermiş Kür-Araz daşqınlarının fəsadlarının aradan qaldırılması ilə bağlı dövlət büdcəsindən 420 milyon manat vəsait ayrılıb. Təmir, bərpa və tikinti işlərinin aparılması, zərərçəkənlərə müvafiq kompensasiyaların verilməsi Fövqəladə Hallar Nazirliyinə tapşırılıb. Dövlət proqramından kənarda qalan sakinlərdən 119 nəfəri FHN-ə qarşı məhkəmə iddiası qaldırıb. İddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.

XS
SM
MD
LG