Accessibility links

Kürd hərbi qüvvələri İŞİD-ə qarşı mübarizədə sünniləri dəstəkləyir [Video]


Kürd hərbi qüvvələri İŞİD-ə qarşı mübarizədə sünniləri dəstəkləyir
please wait

No media source currently available

0:00 0:02:31 0:00

Terrorizmə qarşı mübarizə aparan kürd qüvvələri İslam Dövləti qrupu ilə mübarizədə təlimdən keçmiş ən yaxşı qüvvələrdən biridir. Onlar ABŞ ordusu tərəfindən 2002-ci ildə təlim alaraq, İraq Kürdistanında dağlarda ekstremistlərə qarşı mübarizə aparır.

Bu gün İŞİD-ə qarşı gecə-gündüz mübarizə aparılır.

Lahor Talabani bu qüvvələrə başçılıq edir. O, düşməni yaxşı tanımağın əhəmiyyətli olduğunu deyir.

Lahor Talabani: “Yerli və xarici döyüşçülər arasında fərq var. Bəzi yerli sakinlər silah götürüb İŞİD-ə qoşulub, çünki onların başqa çıxış yolu olmayıb. Onların əraziləri İŞİD tərəfindən ələ keçirilib. Yerli sakinlər ölmək istəmir. Onlar asanlıqla təslim olur. Bizdə çoxlu yerli məhbuslar var. Onlar sonun yaxınlaşdığını anlayan kimi təslim olurlar. Onlar axıra qədər döyüşmürlər.”

Yerli xalqın psixologiyasını və ehtiyaclarını anlamaq Talabaninin strateqiyalarından biridir.

Onun Kürd olmasına baxmayaraq, sünni iraqlılarla işləməyin əhəmiyyətini başa düşür.

Lahor Talabani: “Bizim həyata keçirdiyimiz hərbi əməliyyatlar siyasi proseslə nəticələnməlidir. Sünnilər əmin olmalıdırlar ki, onlar İraqın gələcəyində rol oynayacaqlar.”

İraq ordusunun Mosulu yenidən ələ keçirmək üçün başladığı əməliyyatlarla bağlı fikir bildirən Talabani deyib ki, ordu şəhəri ələ keçirmək üçün tam hazır deyil. Bu sadəcə hərbi qabiliyyətdən aslı deyil. Bu həmçinin təriqətçiliklə də bağlıdır.

Lahor Talabani: “Mosulu geri alacaq qüvvə sünnilərin dəstəyini almalıdır. Unutmaq lazım deyil ki, İŞİD-I məğlub etmək sadəcə Mosulu almaq deyil. Biz Mosulda qrupu dəstəkləyən liderləri də nəzərə almalıyıq.”

Koalisiyanın hava hücumlarının köməyi ilə əməliyyatlar aparan Diji Terrorla mübarizə qrupu militantlara qarşı əhəmiyyətli dərəcədə irəliləyiş əldə edib. Lakin İraqlılar bilir ki, İŞİD-I məğlub etmək üçün çox vaxt lazım olacaq.

XS
SM
MD
LG