Accessibility links

Kürd qiyamçılar 24 türk əsgərini öldürüblər

  • Amerikanın səsi

PKK döyüşçüləri İraqdakı Qəndil dağ sıralarında

PKK döyüşçüləri İraqdakı Qəndil dağ sıralarında

Kürd qiyamçılar ötən illərin ən qanlı hücumunda 24 türk əsgərini öldürmüş, 16 nəfəri yaralamışlar.

Türkiyə rəsmiləri bildirirlər ki, ölkənin cənub-şərqi Hakkari vilayətində Kürdüstan Fəhlə Partiyasının döyüşçüləri Çukurca və Yüsəkova hərbi postlarına atəş açıblar.

Türk qüvvələri atəş açanları təqib etmək üçün İraq ərazisinə daxil olublar. Türkiyə döyüş təyyarələri PKK hədəflərinə hava zərbələri endiriblər.

Türkiyə prezidenti Abdullah Gül “bu hücumlara görə qisas alınacağını” deyib.

XS
SM
MD
LG