Accessibility links

Kürd qüvvələri Mosul ətrafında İŞİD-ə qarşı döyüşlər aparır


Kürd Peşmərgə qüvvələri ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin havadan yardımı ilə Mosul ətrafında kəndlərin İŞİD-dən geri alınması əməliyyatına başlayıb.

Peşmərgə qüvvələrinin rəsmiləri bazar günü bir neçə kəndin geri alındığını bildirib.

Bu hərbi əməliyyat İraqın ikinci böyük şəhəri olan Mosulun iki əvvəl şəhəri ələ keçirmiş İŞİD-dən geri alınması uğrunda başlanan əsas addımlardan biridir. İraq liderləri bu ilşəhərin nəzarətinin geri alınacağına söz verib.

İraq ordusu və Peşmərgə qüvvələri Bağdaddan 400 kilometrlik məsafədə yerləşən Mosul ətrafında tədricən mövqelərini möhkəmlətməyə başlayıb.

Kürd Peşmərgə qüvvələri Mosul ətrafında döyüşlər aparır
Kürd Peşmərgə qüvvələri Mosul ətrafında döyüşlər aparır

İraq ordusu və Peşmərgə qüvvələri Bağdaddan 400 kilometrlik məsaədə yerləşən Mosul ətrafında tədricən mövqelərini möhkəmlətməyə başlayıb.

İraq ordusu şəhərə cənub istiqamətdən yaxınlaşır. İyul ayında İraq qüvvələri Mosulun 60 kilometrliyində olan Qəyyara uçuş meydançasını ələ keçirmişdi. Qəyyaradan Mosulun nəzarətinin geri alınması əməliyyatında əsas hərbi məntəqə kimi istifadə ediləcək.

İŞİD lideri Əbu Bəkr Əl-Bağdadi 2014-cü ildə İraq və Suriyanın regionlarında "xilafət" yaradıldığını Mosulun böyük məscidində elan etmişdi.

2 milyon əhalisi olan Mosul yaraqlıların nəzarətində olan ən böyük şəhərdir.

İraqın Baş naziri Hayder Əl-Abadinin bildirdiyinə görə, şəhərin nəzarətinin geri alınması İŞİD üçün İraqda böyük məğlubiyyət olacaq.

XS
SM
MD
LG