Accessibility links

Kürd yaraqlı qrupu İstanbulda baş verən partlayışa məsuliyyəti öz üzərinə götürüb


Kürd yaraqlı qrupu İstanbulda baş verən partlayışa məsuliyyəti öz üzərinə götürüb

Kürd yaraqlı qrupu İstanbulda baş verən partlayışa məsuliyyəti öz üzərinə götürüb

Sui-qəst hücumunu həyata keçirən İranla sərhəddə yerləşən Van vilayətinin sakini Vedat Akardır

Kürd yaraqlı qrupu bazar günü İstanbulun əsas meydanında intiharçı partlayışı üçün məsuliyyəti öz üzərinə götürüb. Kürd Azadlıq Şahinləri bu gün özlərinin veb səhifəsində 32 nəfərin yaralanmasına səbəb olan hücumu hazırladıqlarını bildirib. Bu qrup Türkiyə və ABŞ-ın terroçu qrup hesab etdiyi Kürdüstan Fəhlə Partiyası (PKK) ilə əlaqəlidir. Hücumçu polis zabitləri ilə dolu avtobusu hədəf alıb, lakin yaralananların yarısı mülki vətəndaşlar olub. İstanbulun valisi bu gün hücumçunun şəxsiyyətini açıqlayıb. O, İranla sərhəddə yerləşən Van vilayətinin sakini Vedat Akardır. PKK 1984-cü ildən bəri Kürd muxtariyyatı uğrunda mübarizə aparır. Münaqişə 30 000-dən çox insanın həyatına son qoyub.

XS
SM
MD
LG