Accessibility links

Kürd yaraqlıları 6 türk əsgərini öldürüb


Kürd yaraqlıları 6 türk əsgərini öldürüb
Kürd yaraqlıları 6 türk əsgərini öldürüb

Yaralanan 7 əsgərdən üçünün vəziyyəti ağırdır

Türkiyənin cənubunda hərbi dəniz qüvvələri bazasında yaxınlığında raket hücumu nəticəsində 6 türk əsgəri həlak olub. Türkiyənin rəsmi Anadolu xəbər agentliyi bildirib ki, Aralıq dənizi sahilində İsgəndərun liman şəhərində kürd yaraqlıları hərbi baza qarşısında əsgərləri daşıyan maşını hədəf alıb. Yaralanan 7 əsgərdən üçünün vəziyyəti ağırdır. Daha əvvəl isə 9 nəfərin xəsarət aldığı bildirilirdi. Türkiyə 1984-cü ildən bəri Kürdüstan Fəhlə Partiyası kimi tanınan PKK qrupu ilə müharibə aparır. PKK Türkiyənin cənub-şərqində müxtariyyət almağa çalışsa da, Ankara və bir çox başqa beynəlxalq icmalar partiyanı terrorçu qruplaşma kimi tanıyır.

XS
SM
MD
LG