Accessibility links

Kürd rəsmiləri oxşar iddianı ötən həftənin şənbə günü də irəli sürmüşdülər

İraqdakı kürd qüvvələri İslam Dövləti qrupunu tərəfindən həyata keçirildiyi ehtimal edilən mümkün daha iki kimyəvi silah hücumuna dair araşdırmaya başlayıb.

Oxşar iddianı ötən həftənin şənbə günü kürd rəsmiləri irəli sürmüşdülər. Onlar yaraqlıların Peşmərgə qüvvələrinə qarşı xlor qazından istifadə etdiyini bildirmişdi.

Kürd silahlılarının lideri general Əziz Vesi jurnalistlərə bildirib ki, mübahisəli hücumlarından birinin ötən il dekabr ayında Sincar bölgəsi yaxınlığında həyata keçirildiyi ehtimal olunur.

Kürdüstan Regional Təhlükəsizlik Şurası şənbə günü bəyanat açıqlayaraq bildirmişdi ki, laboratoriya təhlilləri İslam Dövləti yaraqlılarının nəzarətində olan Mosul və digər şəhərlərdən götürülən nümunələrdə xlor izləri aşkar edib.

Kürdlər laboratoriyanın ABŞ-ın başçılıq etdiyi koalisiyaya daxil tərəfdaş ölkədə olduğunu bildirsə də, ölkənin adını açıqlamayıblar.

XS
SM
MD
LG