Accessibility links

Kürdlər İŞİD-in nəzarətində olan Suriya şəhərinə yaxınlaşır


Kürd döyüşçülər İslam Dövləti qrupunun Suriya ilə Türkiyə sərhədi yaxınlığında nəzarət etdiyi Tal Abyad şəhərinə yaxınlaşır.

Şəhərə nəzarətin ələ alınması İslam Dövləti qrupunu döyüşçülər və hərbi təchizatla təmin edən yolun bağlanması deməkdir.

Minlərlə suriyalı kürd döyüşçülər şəhərə yaxınlaşdıqca şimal boyu sərhəddə döyüşlərin şiddətlənməsindən ehtiyat edərək ərazini tərk edib.

Kürd döyüşçülər sosial media vasitəsilə sakinlərə müraciət edərək ölkəni tərk etmək deyil, Hasake kimi şəhərlərdə döyüşlərin bitməsini gözləməyi tövsiyə edib.

Çox sayda suruiyalı qaçqın bazar günü Türkiyə əsgərlərinin sərhədi bağlamasından öncə Türkiyəyə keçə bilib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ədroğan qaçqınlarla bağlı narahatlığını bildirərək, insanların ərazini tərk etməsi ilə iki əsas kürd qrup olan Demokratik Birlik Partiyası və fəaliyyəti qadağan olmuş Kürdüstan Fəhlə Partiyası PKK-nin Türkiyə sərhədində üstünlük əldə etməsi üçün boşluğun yarandığını deyib. "Bu, yaxşı əlamət deyil"-deyə cənab Ərdoğan müxbirlərə bildirib.

Türkiyə prezidenti ABŞ-ın başçılığı ilə koalisiya qüvvələrinin Suriyanın şimalında hava hücumları keçirməsilə dəfələrlə razı olmadığını bildirib. Onun sözlərinə görə, hava əməliyyatları ərazidə ərəb və türk sakinləri hədəf alaraq kürdlər üçün yer hazırlayır.

Türkiyə ölkədəki kürd azlıqla gərgin münasibətlər tarixinə malikdir. Suriyada böhran, keçən il İslam Dövləti qrupunun üstünlüyə nail olması və 1,5 milyondan çox suriyalı qaçqının Türkiyəyə pənah gətirməsi bu münasibətlərdə mürəkkəb məqamların artmasına gətirib çıxarır.

XS
SM
MD
LG