Accessibility links

Türkiyə kürdləri arasında parçalanma (Video)


Türkiyə kürdləri arasında parçalanma
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Türkiyədə islamçıların gücünün artığını nümayış etdirmək üçün bu yaxınlarda 100 mindən çox insan Məhəmməd peyğəmbərin ad günü olan Mövludu qeyd etmək üçün Türkiyənin kürdlərin çoxluq təşkil etdiyi böyük şəhərlərindən biri Diyarbəkirdə toplaşdı. Təşkil olunan nümayiş kürdlərin dünyəviçiliyi dəstəkləyən hərəkatı ilə münasibətlərin gərginləşməsinin göstəricisi idi.

Ölkənin müxtəlif yerindən gələn insanlar “Allahu Əkbər” və “İslamçı Kürdüstan” şüarları səsləndirirdi. Çoxları Diyarbəkiri İslamın paytaxtı edəcəklərinə söz verdi.

Yürüşdə iştirak edənlər arasında kürd islamçıları ilə yanaşı Yaxın Şərqdən gələnlər də var idi. Çıxışlar zamanı regionun dini keçmişinə qaytarılacağına söz verilirdi.

Diyarbəkir vilayətinin bir zamanlar dünyəvi PKK-nın nəzarətində olan bir sıra rayonları dindarların üzünə açılıb. İslamçılar mesajlarının regiondakı zorakılıqlara son qoyacağına inanır.

"Biz peyğəmbərimizin doğum gününü qeyd etmək üçün bir araya gəlmişik. O, qardaşlıq və sülh gətirib, və biz də onu özümüzə nümunə seçsək, onda bütün bu müharibələr, xaos aradan qalxar," deyə dindar hərəkatın lideri Cemil Cahit Unsal bildirir.

Lakin İslamçı qrupların artması bəzi kürdlərin narahatlığına səbəb olub. Milliyyətçi hərəkatlar qadın bərabərliyini ən böyük nailiyyət kimi qiymətləndirir.

Hökumət və bəzi islamçıların kürd tərəfdarı Xalq Demokratik Partiyasının (HDP) dinə qarşı olduğunu desə də, partiya bunu qəti şəkildə inkar edir.

"Hər kəs istədiyi şəkildə etiqadını icra edə bilər. HDP həmişə dinin dövlətdən ayrı tutulmasına tərəfdar olub və dinin siyasi alət kimi istifadə olunmasına qarşı çıxır," Sur şəhərinin meri Əzizə Deger Kutlu bildirir.

Hər kəs istədiyi şəkildə etiqadını icra edə bilər. HDP həmişə dinin dövlətdən ayrı tutulmasına tərəfdar olub və dinin siyasi alət kimi istifadə olunmasına qarşı çıxır.
Əzizə Dəgər Kutlu, Sur şəhərinin meri

Dünyəvi və dindar kürdlər arasındakı gərginliyin artdığı bir vaxt, cəmi bir neçə saatlıq məsafədə Suriya böhranı və İslam Dövlətinə qarşı mübarizə davam edir. Hər iki tərəfdə türkiyəli kürdlər iştirak edir. Lakin 18 ay əvvəl Diyarbəkirdə İslamçı kürdlərlə millətçi kürdlər arasındakı qarşıdurma zamasnı 50-yə yaxın insan öldü. Səbəb? Suriya.

Qarşıdurma zamanı həyatlarını itirənlərə görə hiddəti yürüşdə iştirak edən islamçıların üzündə görmək olurdu. Ölənləri heç bir tərəf unutmayacaq. Bu isə artıq parçalanan cəmiyyətdə qəzəbi və kini daha da artıracaq.

XS
SM
MD
LG