Accessibility links

Kürdlər Abdulla Öcalanın tutulmasının ildönümünü etirazlarla qeyd edir


Kürdlər Abdulla Öcalanın tutulmasının ildönümünü etirazlarla qeyd edir
Kürdlər Abdulla Öcalanın tutulmasının ildönümünü etirazlarla qeyd edir

Türkiyənin cənub-şərqində məskunlaşan kürdlər sabiq üsyançı lider Abdulla Öcalanın ələ keçirilməsinin 13-cü ildönümü münasibətilə etiraz aksiyaları keçiriblər.

Əsəsən kürdlərin çoxluq təşkil etdiyi Hakkari şəhərində PKK-nı dəstəkləyən nümayişçilər polislərə Molotov kokteylləri atıblar.

Kürdlərin yaşadıqları digər şəhərlərdə Abdulla Öcalana sükutlu dəstək əlaməti olaraq sahibkarlar dükanları bağlayıb. Xarici ölkələrdə yaşayan kürdlər də etiraz aksiyaları keçiriblər.

Kürd separatçı lideri və PKK-nın banisi 1999-cu ildə fevralın 15-də Keniyada yaxalanmış və mühakimə üçün Türkiyəyə gətirilmişdi.





XS
SM
MD
LG