Accessibility links

Kürdüstan silahlanır [Video]


Birləşmiş Ştatlar da daxil olmaqla, Qərb sünni ekstremistlərin İslam Dövlətinə qarşı mübarizə aparmaq üçün kürdlərin Peşmərgə ordusuna silah verməyə başlayıb. Lakin bu məsələ başlıca bir narahatlıqla müşayiət olunur. Bu, silahlamış Kürdistan Regional Hökumətinin İraq dövlətindən ayrılaraq, özünü müstəqil elan edə bilməsidir.

On ildir sülh şəraitində yaşayan Ərbildə silah ticarəti xeyli güclənib. İraqın şimal bölgəsindəki kürdlər İslam Dövlətinin onlara təhlükə olduğuna inanır. Ərbilin kürd sakini Loğman Qadir: “Mən də digərləri kimi buradan silahı ailəmi və torpağımı qorumaq üçün alıram. Lakin buradakı silahlar çox köhnədir.”

Artıq kürdlərin sovet dönəmindən qalma silahları təzələnir. Belə ki, Birləşmiş Ştatlar və Fransa da daxil edilməklə, Qərb kürdlərin peşmərgə ordusunu yeni silahlarla təmin etməyə başlayıb.

Londondakı Birləşmiş Kral Xidmətləri İnqsitutundan Əfzəl Əşrəf küdrlərin çoxdandır müstəqil dövlət arzusunda olduğunu və Qərbin onları silahla təmin etməsinin acınacaqlı nəticələr verə biləcəyini deyir. “Kürdlər vətənlərinin İraq, Türkiyə və ya Suriyada olduğunu deyirlər. Kürdüstan Regional Hökumətində olan millətçilər əlavə silahın və əlavə təcrübənin olmasından istifadə edər ki, bu da regionda sabitliyə təhlükə ola bilər”

Londonun İqtisadiyyat Məktəbindən Zeynəb Kaya kürdlərin İŞİD-ə qarşı mübarizədə birləşdiyini deyir. “İraqda və Suriyadakı bəzi kürd qruplaşmalarının bir-birlərinə zidd olmalarına baxmayaraq, İŞİD onların birləşməsinə səbəb olub. İndi onlar peşmərgəyə yardım edirlər.”

PKK yaraqlıları uzun illərdir Türkiyədə muxtariyyat uğrunda mübarizə aparır. Sülh danışıqları davam edir. Zeynəb Kaya deyir ki, Kürdüstan Regional Hökuməti kürd millətçiliyini alovalndırmaqla Ankaranı qəzəbləndirmək istəməz. “Kürdüstan Regional Hökuməti neft ixracı baxımdan Türkiyədən asılıdır. Bu da o deməkdir ki, Regional Hökumət regionda və İraqda nüfuzunu artırdıqca Türkiyədən daha çox asılı olacaq.”

Kürdüstan Regional Hökuməti ilə mərkəzi hökumət arasında neft səbəbindən narazılıqlar var. Regional Hökumətin Londondakı nümayəndəsi Bayan Sami Əbdül Rəhman: “Onlar neft və qaza nəzarəti mərkəzləşdirmək istəyirdilər. Biz buna imkan vermədik. Bağdad bizim üzərimizdə nəzarəti itirdikdə bizi cəzalandırmağa qalxdı. Yanvar ayından bəri Kürdüstanın büdcəsi yoxdur. Gülməlidir, bu gün Kürdüstan təpədən dırnağadək silahlanmış güclü terror təşkilatı ilə üz-üzə dayanıb, amma bizə hələ də Bağdaddan büdcə verilmir.”

Hazırda kürdlər İraq ordusu ilə birlikdə İslam Dövlətinə qarşı mübarizəyə qalxdığı üçün Kürdüstanın gələcəyi haqda debatlar arxa plana keçib.

XS
SM
MD
LG