Accessibility links

NASA-nın "Curiositi" aparatı uğurla Marsa enib


NASA alimləri kosmik aparatın Marsdan rəngli foto-şəkillər və həyatın mövcudluğu barədə məlumatlar ötürəcəyinə ümid edirlər

ABŞ-ın kosmik agentliyi Marsda həyatın mövcudluğunu araşdırmaq üçün missiyanın ən həyəcanlı mərhələsini həyata keçirərək, özü hərəkət edən kosmik aparatı Marsa endirmişdir.

Bazar ertəsi səkkiz aylıq səyahətdən sonra Curiosity adlandırılan və çəkisi bir ton olan aparatın Marsa uğurla enməsinin təsdiqlənməsi NASA-nın Reaktiv Hərəkət Labaratoriyasında nəzarətçilərin alqışları ilə qarşılanıb.

Kosmik cihazın enməsi təsdiqlənən kimi Yer kürəsində aparatın çəkdiyi ilk şəkillər qəbul edliib.

Saatda 22 min kilometrdən artıq sürətlə hərəkət edən aparatın uğurlu enməsi üçün paraşüt, raket və fəza kranına ehtiyac olub.

NASA alimləri bu enişi indiyə qədər cəhd etdikləri ən çətin eniş adlandırıblar.

Prezident Barak Obama Curiosity aparatının uğurlu enişini “texnologiya sahəsində misli görünməmiş bir adım kimi qiymətləndirərək, bunun uzaq gələcəkdə milli qürür mənbəyi olacağını" qeyd edib.

Curiosity NASA-nın Mars Elmi Labaratoriya missiyasının ərsəyə gətirdiyi 2.5 milyard möhtəşəm layihəsidir.

NASA alimləri avtomobil ölçüsündə olan və 17 kamera quraşdırılmış kosmik aparatın Marsdan rəngli foto-şəkillər və həyatın mövcudd olub-olmaması barədə məlumatlar ötürəcəyinə ümid edirlər.

Aparatda növbəti iki il ərzində Mars planetinin geoloji strukturu, hava şəraiti və radiasiya səviyyəsini öyrənmək üçün müxtəlif cihazlar quraşdırılıb.
XS
SM
MD
LG