Accessibility links

Kurmanbek Bakiyev özünün hələ də Qırğızıstanın qanuni prezidenti olduğunu bildirir


Hakimiyyətdən devrilmiş prezident bu açıqlamanı sığınacaq tapdığı Minskdə verib

Qırğızıstanın hakimiyyət salınmış lideri Kurmanbek Bakiyev deyir ki, o hələ də ölkənin qanuni prezidentidir.

Cənab Bakiyev aprelin 7-si 84 nəfərin ölümülə nəticələnmiş hökumət əleyhinə zorakı nümayişlərdən sonra bu həftənin əvvəli sığınacaq tapdığı Belarusda danışıb.

Hakimiyyətdən devrilmiş president deyib ki, o, istefa ərizəsini tanımır və onu yalnız ölüm dayandıra bilər. Minskdə danışan cənab Bakiyev həmçinin beynəlxalq ictimaiyyəti qanunsuz dəstə adlandırdığı hokuməti tanımamağa çağırıb.

Qırğızıstanın müvəqqəti hökumətinin bildirdiyinə görə, Bakiyev keçən həftə ölkəni tərk etməmişdən əvvəl istefa ərizəsinə imza atıb.

Müxalifət lideri Roza Otunbayevanın rəhbərlik etdiyi müvəqqəti administrasiya Bakiyevin eksradisiya olunmasını və nümayişçilərə qarşı zorakılıqlara görə məhkəmə qarşısına çıxarılmasını tələb edib.

XS
SM
MD
LG