Accessibility links

Kurmanbek Bakiyev təhlükəsizliyinin təmin ediləcəyi təqdirdə istefa verəcəyini deyib


Yeni hökumət bu gün prezident Bakiyevin toxunulmazlıq imtiyazından məhrum edildiyini və ona qarşı cinayət işinin qaldırıldığını bildirib

Qırğızıstanın devrilmiş prezidenti Kurmanbek Bakiyev müvəqqəti hökumətin onun təhlükəsizliyini təmin edəcəyi barədə vəd verdiyi təqdirdə, istefa verəcəyini bildirib. Bu gün Cəlalabadda müxbirlərlə görüşən cənab Bakiyev müvəqqəti hökumətə başçılıq edən Roza Otunbayeva ilə danışqılar aparmaq istədiyini deyib. Sabiq prezident Bakiyev bu açıqlamanı müvəqqəti hökumət liderlərinin onun xüsusi təyinatlı hərbi qüvvələr tərəfindən həbs ediləcəyi barədə bəyanatından bir neçə saat sonra verib.

Yeni hökumətin təhlükəsizlik naziri Azimbek Beknazarov bu gün prezident Bakiyevin toxunulmazlıq imtiyazından məhrum edildiyini və ona qarşı cinayət işinin qaldırıldığını bildirib. Bundan öncə Bakiyev tərəfdarlarına bildirmişdi ki, o, müvəqqəti hökumətin səlahiyyətini tanımır.

XS
SM
MD
LG