Accessibility links

ABŞ dövlət katibinin köməkçisinin müavini Azərbaycanda səfərdədir


Kurt Tonq

Kurt Tonq

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq aprelin 14-15-də Azərbaycanda səfərdə olacaq. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Kurt Tonq Azərbaycanın hökuməti rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq. O, həmçinin ABŞ-ın Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək.

ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, bu ölkənin tərəfdaşları iləticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanları və digər məsələləri müzakirə edir.

Kurt Tonq bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır.

XS
SM
MD
LG