Accessibility links

Mila Kunis və Eşton Kutçerin qızları dünyaya gəlib


Mila Kunis və Eşton Kutçerin qızları dünyaya gəlib. Bu xəbəri ilk öncə TMZ açıqladı və indi People jurnalı xəbəri təsdiqləyib.

TMZ yazır ki, Mila Los Anceles şəhərində Cedars-Sinai Tibb Mərkəzində ilk övladını dünyaya gətirib. 31 yaşlı aktrisa dərhal xəstəxanaya çatdırılıb.

Milaya bir qədər olsa da bənzəyərsə, balaca qızın gözəl olacağına şübhə yoxdur.

Hollivudun ən məşhur cütlüyü olmasına baxmayaraq deyilənə görə onlar xəstəxanaya gələrkən böyük izdihamla müşayət olunmayıblar, sadəcə ikisi olub.

Bütün ulduzların özlərindən razı olduqlarını düşünərkən Kunislə Kutçer hər kəsi heyrənləndirir.

XS
SM
MD
LG