Accessibility links

Şərqi Azərbaycanda qidadan kütləvi zəhərlənmə olub


Kütləvi zəhərlənmə (Foto Oyannews/com saytından götürülüb)
Kütləvi zəhərlənmə (Foto Oyannews/com saytından götürülüb)

Yüzlərlə insan xəstəxanaya yerləşdirlib

Mayın 1-də Şəriq Azərbaycanın Mərənd rayonunun Gələvan kəndində kütləvi zəhərlənmə olub.

Oyannews.com saytının məlumatına görə zəhərlənmə nəticəsində təxminən 800 nəfər Mərənd, Təbriz, Şəbüstər, Hadişəhr və yaxınlıqdakı digər xəstəxanalarına yerləşdirlib.
Mərənd Rayon İcra Hakimiyyətinin başçısı Nağı Kərimi bildirib ki, kənd sakinləri məsciddə nahar vaxtı qəbul etdikləri qidadan zəhərlənib: “Zəhərlənməyə səbəb kimi ətin keyfiyyətsiz olması göstərilib”.

İran mətbuatı ötən gün zəhərlənənlərin sayı barədə müxtəlif rəqəmlər verib. İranın Şərqi Azərbaycan vilayətində yayımlanan “Səhənd” telekanalı onların sayının 250 nəfər olduğunu açıqlayıb.

Qeyd edək ki, Gələvan kəndinin 3500 nəfər sakini var.
XS
SM
MD
LG