Accessibility links

Beynəlxalq donorlar Suriya müharibəsinə məruz qalanlara yardım məqsədi ilə yüz milyonlarla dollar məbləğində vəsait ayırıb.

Bu gün Küveytdə keçirilən donor konfransında BMT-nin baş katibi Ban Gi Mun münaqişənin o ölkəni illərlə, bəlkə də onilliklərlə geri saldığını deyib.

Konfrans BMT-nin evlərindən didərgin düşən 9 milyon suriyalıya 6.5 milyard dollar vəsait toplanması təşəbbüsü ilə keçirilir. 2.3 milyon insan qonşu ölkələrdə sığınacaq tapıb.

Küveyt Suriya böhranının həlli üçün 500 milyon, ABŞ isə 380 milyon dollarlıq yardım ayırıb. Beləliklə Amerikanın humanitar yardımı 1.7 milyard dollar təşkil edir.

Konfrans İsveçrədə keçiriləcək sülh danışıqlarından bir həftə əvvələ təsadüf edir.

Danışıqların məqsədi Suriya hökuməti ilə prezident Bəşar Əl-Əsədin 2011-ci ildən başlayan münaqişəyə son qoyulması üçün siyasi yol tapılmasıdır.
XS
SM
MD
LG