Accessibility links


Küveytdə seçicilər 2011-ci ildə “Ərəb baharı”ndan sonra ölkədə üçüncü dəfə səs verərək, yeni parlament seçir.

Səsvermə keçən il dekabr ayında seçilmiş 50 yerlik parlamentin yerinə yeni namizədləri müəyyənləşdirəcək. Məhkəmə sonuncu seçikilərdə səsvermə zamanı pozuntuların olduğu haqda qərar çıxarmışdı.

Küveytin aparıcı islamçı qruplar və bəzi müxalifət partiyaları keçən il qəbul edilmiş yeni səsvermə sisteminə etiraz əlaməti olaraq, şənbə günü səsverməni boykot edə biləcəklərini bildirib.

Küveytin əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabah hər bir vətəndaşın parlament seçkilərində verə biləcəyi səslərin sayını dörddən birə endirib.

Müxalifət qrupları bunun Qərbin dəsətklədiyi əmirə üstünlük verdiyini və müxalifətin parlamentdə əksəriyyət əldə etməsinin qarşısını aldığını bidirir.

Qərarın tərəfdarları isə bunun siyasi durğunluğun yaranmasına yol vermədiyini deyir.

Neftlə zəngin Küveytdə Körfəz bölgəsidə ən açıq siyasi sistemə malik ölkə olsa, hökumətdə əsas vəzifələrə nəzarət hakimiyyətdə olan Əl-Sabah ailəsinin əlindədir.
XS
SM
MD
LG