Accessibility links

Küveyt hücumunu həyata keçirən şəxs Səudiyyə Ərəbistanı vətəndaşıdır


Küveytdə 26 adamın ölümü ilə nəticələnən məscid hücumunu həyata keçirən şəxsin Səudiyyə Ərəbistanı vətəndaşı olduğu müəyyən edilib.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, Fəhd Süleyman Əbdülmöhsen Əl-Qaba Ramazan ayında həyata keçirilən kamikadze hücumunun məsuliyyətini daşıyır.

Küveytdə bu hücum cümə günü dünyanın daha 2 ölkəsində həyata keçirilən terror aksiyaları ilə eyni günə təsadüf edib.

Həmin gün Tunisin Suz şəhərindəki İmperial Mərhaba mehmanxanası yaxınlığında həyata keçirilən terror aksiyası zamanı 38 adam ölüb.

Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, ölənlər arasında Britaniya, Almaniya və Belçika vətəndaşları olub.

Turistlər arasında populyar olan bu şəhərdə təhlükəzilik işçiləri hücumçuları atəşə tutub və onlardan biri öldürülüb.

Hadisə zamanı 36 adam xəsarət alıb.

Tinisin baş naziri Həbib Essid hadisədən sonra minlərlə xarici turistin ölkənin kurort şəhərlərini tərk etdiyini bildirib. O, mehmanxanalar, məscidlər və turist yerlərinə çoxsaylı qüvvə yerləşdirildiyini deyib.

Fransanın cənub-şərqindəki Lion şəhərinin qaz emalı zavodunda həyata keçirilən hücum zamanı bir nəfər ölüb.

Fransa prezidenti Fransua Olland qaz emalı zavoduna edilən hücum və partlayışı terror hücumu adlandırıb və şünhəlilərdən birinin həbs edildiyini deyib.

Küveytdə dünən Əl-İmam Əl-Sadeq məscidinə qarşı terror aksiyası zamanı ölənlərin dəfn mərasimi keçirilib. Bomba hücumu zamanı 26 adam həlak olub. 227 nəfər isə müxtəlif bədən xəsarəti alıb.

Küveytdə matəm elan edilib.

Hücumun məsuliyyətini islam Dövləti qrupu üzərinə götürüb.

XS
SM
MD
LG