Accessibility links

Küveytdə şiə azlıq parlament seçkilərində məğlub olub



Küveyt rəsmiləri şənbə günü parlament seçkilərinin şiə azlığın yerlərin yarısını itirdiyini, liberalların isə kiçik üstünlük əldə etdiyini göstərdiyini bildirib.

Seçkilərin bazar günü açıqlanan nəticələrinə əsasən, şiə namizədlər 50 yerlik parlamentdə ötən il dekabr ayında keçirilmiş seçkilər zamanı 17 yerlə müqayisədə bu dəfə yalnız səkkiz yer ala bilib.

Yeni seçki iyun ayında məhkəmənin dekabr seçkilərində səsvermə zamanı pozuntuların olduğunu elan etməsindən sonra qanunvericilik orqanının yenisi il əvəz edilməsi məqsədilə keçirilib.

Əsas etibarilə islamçılar və populist siyasətçilərdən ibarət olan müxalifət Küveyt əmiri Şeyx Sabah Əl-Əhməd Əl-Sabahın partlament seçkilərində hər bir vətəndaşın dörd deyil, yalnız bir dəfə səs verə biləcəyi ilə bağlı qərarından sonra səsverməni boykot edib.
XS
SM
MD
LG