Accessibility links

Küveytin xarici işlər naziri İranın casus şəbəkəsindən danışıb


Küveytin xarici işlər naziri İranın casus şəbəkəsindən danışıb
Küveytin xarici işlər naziri İranın casus şəbəkəsindən danışıb

Məhəmməd əl-Salim əl-Səbah deyib ki, aşkarlanan İran casusluq şəbəkəsinin üzvləri ölkənin strateji təsisatlarına bomba qoymağı planlaşdırıb. “Tutulan şəbəkə üzvlərindən partlayıcı maddələr götürülüb”.

Küveytin xarici işlər naziri Şeyx Məhəmməd əl-Salim əl-Səbah aprelin 21-də jurnalistlərlə görüşündə İranın bu ölkədə aşkarlanan casus şəbəkəsindən danışıb.

Martın 29-da Küveyt məhkəməsi bu ölkənin ordusunda xidmət edən və İrana casusluqda günahlandırılan 3 nəfəri edama məhkum edib. Onlardan 2-si İran, 1-i Küveyt vətəndaşıdır. 2010-cu ilin mayında tutulan bu şəxslər Küveyt ordusu və ABŞ-ın Küveytdəki hərbi bazaları haqqında məlumat toplayaraq İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) ötürürmüşlər.

Bundan sonra İranın Küveytdəki səfirliyində çalışan 3 diplomatının da casusluq şəbəkəsi ilə əlaqəsi sübuta yetirilib və onların Küveytdən çıxması tələb olunub. Küveyt İrandakı səfirini geri çağırıb.

“Media forum” saytının məlumatına görə, jurnalistlərə açıqlama verən Şeyx Məhəmməd əl-Salim əl-Səbah deyib ki, aşkarlanan İran casusluq şəbəkəsinin üzvləri ölkənin strateji təsisatlarına bomba qoymağı planlaşdırıblar. “Tutulan şəbəkə üzvlərindən partlayıcı maddələr götürülüb. Onlar Küveytin mühüm təsisatlarını partlatmağı planlaşdırmışdılar, ordu ilə bağlı bəzi həssas məlumatlara yiyələnmişdilər. Bu isə onların Küveytin təhlükəsizliyini pozmaq niyyətlərini göstərir”.

XS
SM
MD
LG