Accessibility links


Küveytdə yeni seçki qanununa əsasən mübahisələr doğurmuş parlament seçkiləri keçirilir. Müxalifət yeni seçki qanunu tənqid edərək, seçkiləri boykot edib.

Şahidlərin bildirdiyinə görə, seçici fəallığı həmişə olduğundan daha aşağıdır.

Küveyt seçiciləri Körfəz ölkəsinin parlamentdəki 50 yerlərin hamısına namizədlərə səs verir.

Müxalifət səsvermənin Qərb ölkələrinin dəstəklədiyi əmir Şeyx Sabah Əl-Əhməd Əl-Sabahın ceyrinə keçirildiyini bidirir. Uzun illərdir Küveyti idarə edən Əl-Sabah ailəsi artıq ölkənin nazirlər kabinetinə nəzarət edir.

Oktyabr ayında əmir fövqəladə səlahiyyətlərindən istifadə edərək, hər seçiciyə dörd seçim verən qanuna son qoydu. On minlərlə hökumət əleyhdarı bu addımı qınayaraq, dəyişikliklərin neftlə zəngin ölkənin gələcək inkişafına təsir edə biləcəyini bildirib.
XS
SM
MD
LG