Accessibility links

Küveytdə İranın xeyrinə casusluq edən üç nəfər ölümə məhkum olub

  • Amerikanın səsi

Küveytdə İranın xeyrinə casusluq edən üç nəfər ölümə məhkum olub

Küveytdə İranın xeyrinə casusluq edən üç nəfər ölümə məhkum olub

Ölüm hökmü Küveytin ağır cinayətlərə dair məhkəməsi tərəfindən çıxarılıb. Fransa xəbər agentliyinin ədliyyə orqanlarında mənbəyə istinadən verdiyi məlumata görə, ölümə məhkum edilənlərin ikisi iranlı, biri küveytlidir. Casuslar bağlı iş haqda ilk dəfə may ayında məlumat verilmişdi. Məlumata əsasən, Küveytin təhlükəsizlik qüvvələri Küveyt və ABŞ-ın hədəfləri haqda İranın elitar İnqilab Mühafizəçiləri üçün informasiya toplamaqla məşğul olan casus qrupuna mənsub yeddi nəfəri həbs edib. İnsident Küveyt və bu iddiaları rədd edən İran arasında münasibətlərdə gərginliyə səbəb olmuşdu. Ağır cinayətlərə dair məhkəmənin qərarı ölkənin ali məhkəməsində apellasiya edilə bilər.

XS
SM
MD
LG