Accessibility links

KXCP sədrinin müşaviri və Gədəbəy təşkilatının sədri saxlanıb


Həbs
Həbs

Polis onların saxlandığını təsdiq edib


Avqustun 9-da gecə saatlarında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Gədəbəy rayon təşkilatının sədri Ceyhun Cəfərov və KXCP sədrinin müşaviri Əli Abdullayev polis tərəfindən saxlanıb. Hər iki müxalifət fəalı evindən aparılıb və ailələrinə onların nə sbəbədən saxlanması barədə məlumat verilməyib. Polis əməkdasşları müxalifətçilərlə sərt davranıb.

KXCP Gədəbəy rayon təşkilatının sədri və müçavirin saxlanmasını siyasi adlandırb. “Hər iki şəxs seçki prosesindən uzaqlaşdırlmaq məqsədi ilə sxalnıb və bu yerli rəhəbrliyin sifarişidir, deyə KXCP-dən Turana bildiriblər. ”

Öz növbəsində, Gədəbəy rayon Polis Şöbəsinin növbətçi hissəsindən Turana bildiriblər ki, hər iki şəxs barədə Dövlət Yol Polisi tərəfindən rayon polis şöbəsinə raport daxil olub.

Raportda sərxoş vəziyyətdə avtomobil idarə etmələri və yol polisinin tələblərinə tabe olmayaraq problem yaratanmaları əksini tapıb. “Ceyhun Cəfərov və Əli Abdullayev yol polsinin raportu əsasında dünən saat 24 radələrində saxlanıb. Hazırda onların işi məhkəməyə hazırlanır”, növbətçi hissədən bildiriblər.
XS
SM
MD
LG