Accessibility links

Qırğızıstanda qanlı toqquşmalarda 37 adam həlak olub, 500-dən çox adam yaralanıb


Qırğızıstanda qanlı toqquşmalarda 37 adam həlak olub, 500-dən çox adam yaralanıb

Qırğızıstanda qanlı toqquşmalarda 37 adam həlak olub, 500-dən çox adam yaralanıb

Müvəqqəti hökumətin lideri Roza Otunbayeva Oş şəhərində sakitliyə çağırıb

Qırğızıstanın müvəqqəti hökuməti ölkənin cənubunda 37 nəfərin ölümü, 500-dən çox adamın yaralanması ilə nəticələnmiş etnik zəmində zorakılıqlardan sonra fövqəladə vəziyyət elan edib.

Cümə axşamı günü Oş şəhərində gecə qırğızlar və özbəklər arasında toqquşma baş verəndən sonra şəhərin özbəklərin yaşadığı hissəsində yanğınlar törədilib, mazağalar qarət edilib, atışma olub. İğtişaşlarda iştirak edən insanlar pəncərələrin şüşələrini sındırmış, mağazaları qarət etmiş və maşınları yandırmışlar.

Qırğızıstanın cənub bölgəsi aprel ayında 85 adamın ölümülə nəticələnmiş üsyan zamanı hakimiyyətdən devrilmiş keçmiş prezident Kurmanbek Bakıyevin siyasi bazası olub.

Rəsmilər Oş şəhəri və qonşu üç rayonda fövqəladə vəziyyət elan ediblər. İğtişaşların baş verdiyi yerə əsgərlər və zirehli maşınlar göndərilib. Toqquşmanın necə baş verdiyi aydın deyil. Müvəqqəti hökumətin lideri Roza Otunbayeva paytaxt Bişkekdə müxbirlərə deyib ki, münaqişə ölkədə qeyri-sabitlik yaratmağa çalışan bir neçə qrup tərəfindən qızışdırılıb.

Human Rights Watch təşkilatının nümayəndəsi Andrea Berq Amerikanın səsinə deyib ki, gecə atəş səsləri eşidildikdən sonra cümə səhər şəhərdə vəziyyət sakitdir.

XS
SM
MD
LG