Accessibility links

Qırğızıstan Rusiyadan kömək istəyir


Qırğızıstan Rusiyadan kömək istəyir
Qırğızıstan Rusiyadan kömək istəyir

Qırğızıstanın müvəqqəti hökumətinin prezidenti Roza Otunbayeva bildirib ki, kənardan kömək olmadan ölkənin ikinci ən böyük şəhəri olan Oşda zorakılıqlara son qoymaq mümkün olmayacaq

Qırğızıstanın müvəqqəti hökumətinin prezidenti Roza Otunbayeva 70-ə yaxın adamın ölümü, yüzlərlə insanın yaralanması ilə nəticələnmiş etnik zəmində iğtişaşları yatırmaq üçün Rusiyadan hərbi qüvvə göndərməsini istədiyini deyib.

Roza Otunbayeva bildirib ki, kənardan kömək olmadan ölkənin ikinci ən böyük şəhəri olan Oşda zorakılıqlara son qoymaq mümkün olmayacaq. Otunbayeva Rusiyanın baş naziri Vladimir Putinlə vəziyyəti müzakirə edib. Lakin bundan bir qədər sonra rəsmi Moskva Qırğızıstana dərhal əsgəri qüvvə göndərilməyəcəyini bildirib.

Silahlı dəstələr Oşda özbəklərin yaşadığı yerlərə hücum edərək evləri yandırmış, şəhərin minlərlə sakini sərhəddə Özbəkistana qaçmalı olmuşdur.

Bu, aprel ayında prezident Kurmanbek Bakiyevin hakimiyyətdən devrilməsindən sonra ölkədə ən ciddi zorakıq hadisəsidir.

XS
SM
MD
LG