Accessibility links

BMT Qırğızıstana qayıdan qaçqınların vəziyyətindən narahatdır


BMT-nin Qaçqınlar agentliyi bildirib ki, təxminən 70 000 insan Qırğızıstanın cənubuna qayıdıb

Qırğızıstanda etnik zəmində zorakılıqlar nəticəsində didərgin düşmüş 100 000 yaxın qaçqının böyük hissəsi qonşu Özbəkistandan evlərinə qayıdıb. Lakin BMT onların sığınacaq tapa bilməməsi və təhlükəzisliyi ilə bağlı xəbərdarlıq edir.

BMT-nin Qaçqınlar agentliyi bildirib ki, təxminən 70 000 insan Qırğızıstanın cənubuna qayıdıb. Agentliyin sözçüsü Edrian Edvards deyib ki, onların çoxu təhlükəsizliyinə görə narahatdır və dağılmış evlərə qayıdıb.

Edvardsın bildirdiyinə görə, Qaçqınlar agentliyi evlərinə qayıdan insanların bunu könüllü edib-etmədiyinə görə də narahatlıq keçirir, çünki onların zorla avtobuslara doldurulub Qırğızıstana yola salındığı haqda xəbərlər verilir.

Qaçqınılar agentliyi bildirir ki, gələn iki gün ərzində Oş şəhərinə təyyarələrlə çadır, ədyal və başqa yardım çatdırılacaq.

XS
SM
MD
LG